Yuxarı

Valyuta hərracında dollara tələb azalıb

Valyuta hərracında dollara tələb 32% azalıb
Dinlə

894

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracında tələb 220,8 mln ABŞ dolları təşkil edib.

“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, bu da martın 10-da formalaşmış tələbdən 102,4 mln ABŞ dolları və ya 32% az olub.

Məlumata görə, qrafik üzrə keçiriləcək növbəti valyuta hərracınadək qalan günlərin sayı nəzərə alınaraq, o cümlədən banklar tərəfindən həftəsonu valyuta satışlarının fasiləsizliyinin təmin edilməsi məqsədilə bankların hərracda tələbi tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi