Yuxarı

​Valyuta hərracına 200 mln. dolların çıxarılması gözlənilir

Nağd valyuta bazarında dollar 1,55 səviyyəsinə qədər enə bilər

Bakı. 12 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərracına 200 mln. ABŞ dolları məbləğində vəsait çıxarılacağı gözlənilir. "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, çıxarılan məbləğin 4 dəfə artırılması Azərbaycan Mərkəzi Bankının(AMB) dolların məzənnəsinin aşağı salmaq istəməsi ilə əsaslandırılır. "Report" analitik qrupu hərracda dolların məzənnəsinin 0,2% və ya 0,0031 manat artırıla biləcəyini, amma nağd valyuta bazarında məzənnənin 1,55 AZN/USD səviyyəsinə və hətta bir qədər də aşağı geriləyə biləcəyini proqnozlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi