Yuxarı

Valyuta hərracına yenə 150 mln. dollar çıxarılacaq

Dollara tələbatın əvvəlki günlərlə müqayisədə azalması gözlənilir

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda növbəti valyuta hərracı keçiriləcək. 

Bank dairələrindən "Report"a verilən məlumata görə, hərraca Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 100 mln. dollar, Azərbaycan Mərkəzi Bankı (AMB) isə 50 mln. ABŞ dolları vəsait çıxaracaq. 

Xatırladaq ki, sentyabrın 26-da jurnalistlərə açıqlamasında AMB-nin sədri E.Rüstəmov bundan sonra da hərraclarda kifayət qədər vəsait təklif ediləcəyini və əsassız devalvasiya şayiələrinə yol verilməyəcəyini bildirib.

"Report"un analitik qrupu hesab edir ki, bugünkü hərracda dollara tələbat əvvəlki günlərlə müqayisədə az olacaq. Xatırladaq ki, sentyabrın 27-də keçirilmiş hərraca 150 mln. dollar çıxarılıb ki, bunun da 70,2 mln. dollarını banklar alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi