Vahid Ələkbərov rusiyalı milyarderlərin "top-10"luğunda 7-cidir

Vahid Ələkbərov rusiyalı milyarderlərin "top-10"luğunda 7-cidir Forbes 2018-ci ildə aktivlərin satışından və dividendlərdən ümumilikdə 11 milyard dollardan çox qazanan rusiyalı milyarderlərin reytinqini tərtib edib.
Maliyyə
21 Mart , 2019 15:51
Vahid Ələkbərov rusiyalı milyarderlərin top-10luğunda 7-cidir
24СМИ

"Forbes" 2018-ci ildə aktivlərin satışından və dividendlərdən ümumilikdə 11 milyard dollardan çox qazanan rusiyalı milyarderlərin reytinqini tərtib edib.

"Report" nəşrin saytına istinadən xəbər verir ki, siyahıya "Maqnit"in yaradıcısı Sergey Qalitski (2,44 milyard dollar) rəhbərlik edir.

İlk üçlükdə həmçinin "Oneksim" qrupunun sahibi Mixail Proxorov (1,77 milyard dollar) və Novolipetsk Metallurgiya Kombinatının (NLMK) rəhbəri Vladimir Lisin (1,59 milyard dollar) qərarlaşıb.

"LUKoil" şirkətinin başçısı Vahid Ələkbərov 740 milyon dollar ilə "Forbes"un siyahısında 7-ci yeri tutub.

Reytinqdə həmçinin "Severstal" şirkətinin rəhbəri Aleksey Mordaşov (1,46 milyard dollar), "USM Holdings"in təsisçisi Əlişir Usmanov (1,12 milyard dollar), "Norilsk nikeli"nin rəhbəri Vladimir Potanin (1,12 milyard dollar), "Renova"nın sahibi Viktor Vekselberq (710 milyon dollar), "Evraz"ın əsas səhmdarı Roman Abramoviç (600 milyon dollar) və iş adamı Süleyman Kərimov (490 milyon dollar) yer alıblar.

Son xəbərlər

Orphus sistemi