Vahid Əhmədov: "Ünvanlı yardım sahəsində problemlər var"

Vahid Əhmədov: "Ünvanlı yardım sahəsində problemlər var" “Azərbaycanda ünvanlı dövlət sosial yardımı ilə bağlı şikayətlər həddindən çoxdur”.
Maliyyə
5 Aprel , 2019 11:50
Vahid Əhmədov: Ünvanlı yardım sahəsində problemlər var
Deputat Vahid Əhmədov / Report/ Elshan Baba
0 : 00
0 : 00

“Azərbaycanda ünvanlı dövlət sosial yardımı ilə bağlı şikayətlər həddindən çoxdur”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatın parlamentdə təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, yardımlar elektron qaydada təyin edilsə də, bu sahədə problemlər var: “Qubanın Xınalıq və Xaltan kəndlərində internet yoxdur. Orada yaşayanlar yardım üçün necə müraciət etməlidir?”

Bundan başqa, millət vəkili deyib ki, Azərbaycanda dövlət zəmanəti ilə verilmiş kreditlərin geri qaytarılmasında çətinliklər var: “Bu kreditlər vaxtında qaytarılmır”.

Parlament üzvü həmçinin Azərbaycan Dövlət Neft Fondunun gəlir və xərcləri ilə bağlı məlumatların Hesablama Palatasının hesabatına daxil edilməsini təklif edib.

Son xəbərlər

Orphus sistemi