Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) məzənnə siyasətinə yenidən baxmalı və dəyişikliklər etməlidir. "Report"un verdiyi xəbərə görə, bunu millət vəkili
V.Əhmədov qeyd edib ki, AMB açıqladığı hesabatda onun valyuta ehtiyatlarının azalmasını göstərib: "Əgər belə davam edərsə, Mərkəzi Bank məzənnə siyasətini dəyişməzsə, onun valyuta ehtiyatları tükənə bilər".
"Mərkəzi Bank yumşaq devalvasiya siyasətini yavaş-yavaş həyata keçirmılidir ki, 5-6 ay sonra ciddi problemlə üzləşməyək. Mərkəzi Bank məzənnə siyasətini valyuta ehtiyatlarını qoruya biləcək siyasətinə dəyişməlidir", - deyə millət vəkili qeyd edib.
O həmçinin bildirib ki, son zamanlar Azərbaycandan xaricə valyuta axını müşahidə olunur və AMB bununla da bağlı iş görməlidir.