Vahid Əhmədov: “Büdcənin icrası ilə bağlı müzakirələrə hökumət üzvləri qatılmırlar” - ƏLAVƏ OLUNUB

Vahid Əhmədov: “Büdcənin icrası ilə bağlı müzakirələrə hökumət üzvləri qatılmırlar” - ƏLAVƏ OLUNUB İlk xəbər saat 13:25-də verilib
Maliyyə
31 May , 2019 13:37
Vahid Əhmədov: “Büdcənin icrası ilə bağlı müzakirələrə hökumət üzvləri qatılmırlar” - ƏLAVƏ OLUNUB
Deputat Vahid Əhmədov / Report/ Elshan Baba

İlk xəbər saat 13:25-də verilib

“Təəssüf ki, dövlət büdcəsinin qəbulu ilə bağlı Milli Məclisdə keçirilən müzakirələrdə hökumətin bütün üzvləri Milli Məclisdə faktiki iştirak edir, amma büdcənin icrası ilə bağlı iclasda belə deyil”. 

“Report” xəbər verir ki, bunu parlamentin plenar iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

“Sanki büdcə yalnız Şahin Mustafayev (iqtisadiyyat naziri), Mikayıl Cabbarov (vergilər naziri) və Samir Şərifova (maliyyə naziri) aiddir. Hesab edirəm ki, büdcənin icrası geniş müzakirə obyekti olmalıdır. Çünki müəyyən xərclər olur və bunları millət vəkilləri bilməlidir, araşdırmalıdır”, - deputat əlavə edib.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, hökumət üvlərinin hamısının plenar iclasda iştirak etməməsinin səbəbi Polşa prezidentinin Azərbaycana səfəridir: “Hökümət üzvlərinin bəziləri dövlət rəhbərlərinin görüşlərində iştirak edir”.

***

Bundan başqa, V.Əhmədov deyib ki, ötən il Azərbaycanın rayonlarında dövlət büdcəsi vəsaitlərinin xərclənməsi nisbəti 28% təşkil edib. 

“Mən o rayonların adlarını çəkmək istəmirəm, amma S.Şərifovdan xahiş edirəm ki, sənəddə göstərsin və millət vəkilləri bilsin ki, hansı icra başçıları vəsaitləri xərcləmir. Əgər onlar xərcləyə bilmirsə, versinlər şimal zonasına və Quba, Qusar, Xaçmazda biz onu xərcləyək”, - deputat əlavə edib.

Son xəbərlər

Orphus sistemi