​Vahid Əhmədov: "Büdcədən verilən kreditlər geri qaytarılmır"

​Vahid Əhmədov: "Büdcədən verilən kreditlər geri qaytarılmır" Büdcə vəsaitlərindən maliyyələşən kreditlərin 51%-i hələ də qaytarılmayıb
Maliyyə
20 May , 2015 13:23
​Vahid Əhmədov: Büdcədən verilən kreditlər geri qaytarılmır

Bakı. 20 may.REPORT.AZ/ Azərbaycanda dövlət büdcəsinin vəsaitləri hesabına verilən kreditlər tam həcmdə geri qaytarılmır. "Report"un verdiyi xəbərə görə, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət Komitəsinin bugün keçirilən iclasında 2014-cü il dövlət büdcəsinin icrasının müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, büdcədən götürülən kreditlərin 49%-i qaytarılsa da, 51%-i hələ də qaytarılmayıb.

Maliyyə nazirinin müavini buna cavab olaraq bildirib ki, 51% böyük görünsə də, burada cəmi 2 mln. manat vəsaitdən söhbət gedir. Bu da uzun müddət əvvəl Kənd təsərrüfatı Nazirliyinə verilən kreditdir. 

Son xəbərlər

Orphus sistemi