Yuxarı

ÜTT: 2016-cı ildə dünya ticarətinin artım tempi son 7 ilin minimumu ola bilər

ÜTT 2017-ci il üzrə proqnozunu da aşağı salıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Ümumdünya Ticarət Təşkilatı (ÜTT) dünya ticarətinin 2016 və 2017-ci illərdə artım tempi üzrə proqnozlarını aşağı salıb. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə təşkilatın hesabatında qeyd olunub. 

Hesabata əsasən, bu il dünya ticarətinin həcminin 1,7% artacağı gözlənilir. Halbuki, ÜTT-nin aprel ayındalı proqnozu 2,8% olub. Təşkilat 2017-ci il üçün isə dünya ticarətinin 1,8-3,1% artacağını proqnozlaşdırıb ki, bu da aprel proqnozundan 3,6% azdır. 

ÜTT ekspertlərinin fikrincə, 2016-cı ildə dünya ticarətinin artım tempi 2009-cu ildən etibarən, yəni son 7 il üzrə ən aşağı ola bilər. Qurumun baş direktoru Robertu Azevedu, dünya ticarətində artım tempinin yavaşlamasını ciddi fəsadlar törədəciyini bildirib. O, hesab edir ki, bu, artan anti-qloballaşma meyllərinin güclənməsinə səbəb ola bilər: "Biz açıq ticarət sistemi ilə sıx bağlı olan iqtisadi artım və inkişaf, iş yerləri və ticarət perspektivlərinin yaxşılaşmasına nail olmalıyıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi