"Berkshire Hathaway" fondu "Bank of America"nın əsas səhmdarı olub

"Berkshire Hathaway" fondu "Bank of America"nın əsas səhmdarı olub Uorren Baffet "Wells Fargo"nun da 10%-nə sahibdir
Maliyyə
30 Avqust , 2017 20:40
Berkshire Hathaway fondu Bank of Americanın əsas səhmdarı olub

Bakı. 30 avqust. REPORT.AZ/ "Berkshire Hathaway" investisiya fondu ABŞ-ın ikinci ən böyük bankı olan "Bank of America" investisiya bankının 700 mln. səhmini alaraq ən böyük səhmdarı olub.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, fond media maqnatı və dünyanın ən zəngin ikinci adamı olan Uorren Baffetə məxsusdur.  

Fondun səhmləri kifayət qədər böyük endirimlə 7,14 dollara aldığı bildirilir. 

Belə ki, dünən fond birjalarında Bankın səhmlərinin ən son qiyməti 23,58 dollar olub. Bununla da "Berkshire Hathaway" fondunun "Bank of America"da payı 6,6%-ə yüksəlib. 

Bununla yanaşı, Baffetin fondu ABŞ-ın üçüncü ən böyük bankı olan "Wells Fargo"nun 10% səhmdarıdır. 

Son xəbərlər

Orphus sistemi