“United Credit Bank” “MilliÖN” Ödəmə Sisteminə qoşulub

“United Credit Bank” “MilliÖN” Ödəmə Sisteminə qoşulub ADIF ləğvedicisi olduğu bankın qarşısında kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərə müraciət edib
Maliyyə
29 İyun , 2017 13:15
“United Credit Bank” “MilliÖN” Ödəmə Sisteminə qoşulub

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “United Credit Bank” ASC qarşısında kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərə müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə bildirilib ki, Bank müştərilərə kredit ödənişini onlara yaxın ərazidə yerləşən “MilliÖN” Ödəmə Sistemi vasitəsilə həyata keçirə bilərlər.

Bunun üçün terminalın menyusundan "Bank Xidmətləri" bölməsini seçmək, ardınca “ADİF” düyməsini basmaq, şəxsiyyət vəsiqəsinin "PİN" kodu daxil etmək, məlumatı təsdiq etmək lazımdır. Bundan sonra müştəri ödəniş edəcək bankı seçərək məbləği terminala daxil etməli və "İrəli" düyməsini basaraq qəbzi terminaldan götürməlidir. 

Son xəbərlər

Orphus sistemi