“Union Lizinq” ötən ili mənfəətlə başa vurub

“Union Lizinq” ötən ili mənfəətlə başa vurub Bakı. 6 iyul. REPORT.AZ/ “Union Lizinq” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 13,837 mln. manat təşkil edib.
Maliyyə
6 İyul , 2018 16:05
“Union Lizinq” ötən ili mənfəətlə başa vurub
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ “Union Lizinq” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 13,837 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 24,6% azdır.

“Union Lizinq”in aktivlərinin 13,777 mln. manatını lizinq üzrə debitor borclar təşkil edib. 2017-ci ildə şirkətin lizinq portfeli 24,85% kiçilib.

Hesabat dövründə “Union Lizinq”in cəmi öhdəlikləri 19,8% azalaraq 19,922 mln. manata, cəmi kapitaldakı çatışmazlıq isə 6,45% azalaraq 6,085 mln. manata düşüb.

“Union Lizinq” 2017-ci ili 419 min manat mənfəətlə başa vurub. Bu, 2016-cı ilə nisbətən, təxminən, 2% azdır.

Xatırladaq ki, "Union Lizinq" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 40 000 manatdır. Şirkətin səhmləri 100% Abdul Rüfət oğlu İsmayılova məxsusdur.

Son xəbərlər

Orphus sistemi