"Unileasing" şirkətinin səhmdarları dəyişib

"Unileasing" şirkətinin səhmdarları dəyişib Səhmlərin nominal dəyərindən iki dəfə ucuz satıldığı bildirilir
Maliyyə
19 İyun , 2017 10:14
Unileasing şirkətinin səhmdarları dəyişib

Bakı. 19 iyun. REPORT.AZ/ “Unileasing” QSC-nin səhmlərinin 66,67%-nə nəzarət edən “Unibank” ASC və 33,33%-nə nəzarət edən Bankın Müşahidə Şurasının sədri Eldar Qəribov paylarını satıb.

“Report”un məlumatına görə, onların payını fiziki şəxslər alıb.

Yeni səhmdarların adları hələ açıqlanmır. Səhmlərin nominal dəyərindən iki dəfə ucuz satıldığı bildirilir.

Xatırladaq ki, "Unileasing" 2004-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 1,8 mln. manatdır. Şirkət son illər böyük zərərlə işləyib. 

Son xəbərlər

Orphus sistemi