​"Unileasing" 20 mln. manatdan çox ziyana düşüb

​"Unileasing" 20 mln. manatdan çox ziyana düşüb Şirkətin cəmi aktivləri 2,5% azalıb
Maliyyə
14 İyul , 2016 09:54
​Unileasing 20 mln. manatdan çox ziyana düşüb

Bakı. 14 iyul. REPORT.AZ/ "Unileasing" QSC 2015-ci ili 22 mln. manata yaxın xalis zərərlə başa vurub. "Report" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, buna səbəb manatın 2 dəfə ucuzlaşdırılmasıdır. Son nəticədə Şirkət devalvasiya nəticəsində kəskin artan öhdəliklərini kapitalı hesabına yerinə yetirməli olub.

Belə ki, 2015-ci ilin yekununa görə, "Unileasing" QSC-nin cəmi aktivləri 47,225 mln. manat təşkil edib. Bu, 2014-cü illə müqayisədə 2,5% azdır.

İl ərzində "Unileasing"in cəmi kapitalı nəinki 100% azalaraq 0-a düşüb, hətta onun əlavə 19,684 mln. manat kapitala ehtiyac yaranıb. Şirkətin əsasən bank kreditləri hesabına formalaşan cəmi öhdəlikləri isə 44,8% artaraq 66,908 mln. manat olub.

Ötən il "Unileaasing" məzənnə fərqindən 15,343 mln. manat gəlir əldə etsə də, eyni zamanda 35,772 mln. manat ziyana düşüb. Başqa sözlə, devalvasiya Şirkətə 20,429 mln. manata başa gəlib.

Digər gəlir və xərclər də nəzərə alınmaqla, "Unileasing"in 2015-ci il üzrə xalis zərəri 21,891 mln. manat təşkil edib. Xatırladaq ki, lizinq şirkəti 2014-cü ildən 48,2 min manat xalis mənfəətlə çıxmışdı.

"Unileasing" 2004-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 1,8 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 2 manat olan 900 000 səhm əsasında formalaşıb. Şirkətin səhmlərinin 66,67%-i "Unibank" ASC-yə, 33,33%-i isə Qəribov Eldar Mahmud oğluna ("Unibank"ın Müşahidə Şurasının sədri) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi