"UniCredit" bankı kapital tələblərini yerinə yetirə bilməyib

"UniCredit" bankı kapital tələblərini yerinə yetirə bilməyib Bankın problemli kreditlərinin artdığı bildirilir
Maliyyə
30 Yanvar , 2017 15:36
UniCredit bankı kapital tələblərini yerinə yetirə bilməyib

Bakı. 30 yanvar. REPORT.AZ/ İtaliyanın ən böyük bankı olan "UniCredit" 2016-cı ilin yekunlarına görə Avropa Mərkəzi Bankı (ECB) tərəfindən tələb olunan kapitalın adekvatlılıq əmsalına əməl edə bilməyəcəyini bildirib. 

Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir. 

Bank isə öz növbəsində maliyyə dayanıqlılığını artırmaq üçün 13 mlrd. avroluq əlavə səhm emissiyasına hazırlaşır. Bundan əvvəlki hesabatda "UniCredit" bildirib ki, kapitalın adekvatlılıq əmsalının azalması bankın birdəfəlik iri ödəmələri ilə bağlı olub. Belə ki, bank problemli kreditlərə ehtiyatların ayrılmasına 12,2 mlrd. avro ayırıb. Həmçinin, 2019-cu ilə qədər 6 500 işçini ixtisara salacağı, 3 800 bank şöbəsindən isə əsasən İtaliyada yerləşən 944 və ya 24,8%-i bağlayacağını, modernləşdirmə proseslərini sürətləndirəcəyini bəyan edib.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən "YapıKredi Bank Azərbaycan"ın təsisçisi olan "YapıKredi Bank"da "UniCredit" bankının 40,9% iştirak payı var.

Son xəbərlər

Orphus sistemi