"UniCredit" 8 min işçisini ixtisar edəcək

"UniCredit" 8 min işçisini ixtisar edəcək Baş ofisi İtaliyanın Milan şəhərində yerləşən UniCredit SpA bankının baş direktoru (CEO) Jan Pier Mustier rəhbərlik etdiyi maliyyə qurumunun 4 illik strateji planını açıqlayıb.
Maliyyə
3 Dekabr , 2019 11:50
UniCredit 8 min işçisini ixtisar edəcək

Baş ofisi İtaliyanın Milan şəhərində yerləşən "UniCredit SpA" bankının baş direktoru (CEO) Jan Pier Mustier rəhbərlik etdiyi maliyyə qurumunun 4 illik strateji planını açıqlayıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, plan bankın 2 milyard avro dəyərində səhmlərinin geri alınmasını, eləcə də 8 min işçisinin ixtisar edilməsini nəzərdə tutur. 

Son nəticədə "Unicredit"in əməkdaşlarının 9%-i işini itirəcək, Bankın isə təxminən 500 filialı bağlanacaq. 

Xatırladaq ki, "UniCredit" ötən həftə Türkiyənin "Yapı Kredi Bank"ındakı payını digər səhmdara - "Koç Holdinq"ə satıb. 

Son xəbərlər

Orphus sistemi