"Unicapital" investisiya şirkəti bazarda fəaliyyətini genişləndirir

"Unicapital" investisiya şirkəti bazarda fəaliyyətini genişləndirir "Unicapital" ASC tam investisiya şirkəti fəaliyyətini həyata keçirmək üçün lisenziya alıb
Maliyyə
12 Yanvar , 2016 13:37
Unicapital investisiya şirkəti bazarda fəaliyyətini genişləndirir

Bakı. 12 yanvar. REPORT.AZ/ Nizamnamə kapitalı 100% "Unibank" ASC-yə məxsus olan “Unicapital" investisiya şirkəti qiymətli kağızlar bazarında mövqeyini daha da gücləndirmək niyyətindədir. "Report"un Banka istinadən verdiyi xəbərə görə, “Unicapital” ASC tam investisiya şirkəti fəaliyyətini həyata keçirmək üçün İqtisadiyyat və Sənaye Nazirliyindən lisenziya alıb.

"Qiymətli kağızlar bazarının iştirakçısı olan “Unicapital” hüquqi və fiziki şəxsləri də əhatə edən müştəri bazasına malikdir. İnvestisiya şirkəti istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün uğurlu tərəfdaşdır. Qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərəcəyik. Şirkət qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icrası, fərdi investorların portfelinin idarə edilməsi, investisiya məsləhətlərinin verilməsi, qiymətli kağızların öhdəlik götürmədən və öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi, marja ticarəti kimi əsas investisiya xidmətləri göstərəcək", - deyə şirkətdən bildirilib.

İnvestorlar “Unicapital”in qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdikləri əqdlərin bağlanması zamanı kredit və ya digər formada borc verilməsi, qiymətli kağızlar bazarında investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması kimi yardımçı investisiya xidmətlərindən də istifadə edə biləcəklər.

Hazırda "Unicapital" investisiya şirkətinin nizamnamə kapitalı 300 min manat təşkil edir.

Son xəbərlər

Orphus sistemi