“Unicapital İnvestisiya Şirkəti”nin rəhbəri dəyişib

“Unicapital İnvestisiya Şirkəti”nin rəhbəri dəyişib “Unicapital İnvestisiya Şirkəti” ASC-nin baş meneceri Heydər İbrahimli öz istəyi ilə vəzifəsindən azad edilib.
Maliyyə
11 Aprel , 2019 10:48
“Unicapital İnvestisiya Şirkəti”nin rəhbəri dəyişib

“Unicapital İnvestisiya Şirkəti” ASC-nin baş meneceri Heydər İbrahimli öz istəyi ilə vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, onu müvəqqəti olaraq şirkətin Marjinal Ticarət Departamentinin direktoru Nadir Babazadə əvəz edir.

Keçmiş baş menecer isə fəaliyyətini “İnvest-Az İnvestisiya Şirkəti” QSC-də direktor müavini kimi davam etdirir.

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Şirkətin səhmdarı 100% “Unibank”dır. 

Son xəbərlər

Orphus sistemi