​"Unibank" daha bir yenilik edib

​"Unibank" daha bir yenilik edib Müştərilər Bankın məhsul və xidmətlərindən daha operativ xəbər tutacaqlar
Maliyyə
29 İyun , 2016 15:39
​Unibank daha bir yenilik edib

Bakı. 29 iyun. REPORT,AZ/ "Unibank" ASC-nin "Facebook" istifadəçiləri saniyə ərzində bankın məhsul və xidmətlərindən xəbər tuta biləcəklər. Bunun üçün müştəriləri maraqlandıran məhsul və xidmətlə bağlı onlayn məsləhətçiyə sorğu yazmağa da ehtiyac yoxdur.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, sadəcə "Unibank"ın "Facebook" səhifəsinin şəxsi mesaj bölümünə haştaq işarəsi ilə istənilən məhsul və ya xidmətin qısa adı yazılmalıdır və dərhal həmin məhsulla bağlı cavab gəlir: "Məsələn, #kredit, #depozit yazaraq, ən qısa müddətdə "Unibank"ın kredit və yaxud depozit məhsulları haqda məlumat ala bilərsiniz. Bankda günün valyuta məzənnəsindən isə #valyuta yazmaqla xəbərdar ola bilərsiniz".

Qeyd edək ki, "Unibank"ın "Facebook" səhifəsi ən çox iştirakçısı olan və aktiv bank səhifələrindən biridir. Hazırda səhifə istifadəçilərinin sayı 285 min nəfəri keçib. Müştəri məmnuniyyətini öz fəaliyyətində əsas prioritetlərindən hesab edən "Unibank", müştərilərlə kommunikasiyanı gücləndirmək üçün sosial şəbəkələri əsas vasitələrdən biri hesab edir.

Son xəbərlər

Orphus sistemi