“Unibank” yenidən kapitalını artırır

“Unibank” yenidən kapitalını artırır Kapitalın 18% artırılması və 140,7 mln. manata çatdırılması nəzərdə tutulur
Maliyyə
9 Oktyabr , 2017 15:31
“Unibank” yenidən kapitalını artırır
Report

Bakı. 9 oktyabr. REPORT.AZ/ “Unibank” ASC bu ilin sonunadək kapitalını növbəti dəfə artıracaq. Kapitalın 21 mln. manat və yaxud 17,6% artırılması və 140,686 mln. manata çatdırılması nəzərdə tutulur.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, bu haqda məsələ səhmdarların oktyabrın 13-də keçiriləcək növbədənkənar yığıncağında müzakirə olunacaq. Bu il ərzində “Unibank” artıq ikinci dəfədir ki, kapitalını artırır. İyun ayında Bankın nizamnamə kapitalı 70%-dək artaraq 119,686 mln. manata çatdırılıb.

“Ölkə iqtisadiyyatında qeydə alınan sabitləşmə və inkişaf meyilləri “Unibank”ın da fəaliyyətində aktivliyini daha da artırması, korporativ və pərakəndə kreditləşmədə və qeyri-kredit məhsullarında satışın yüksəlməsi, bankın bazarda fəaliyyətini daha da genişləndirməsi üçün zəmin yaradıb. Bank səhmdarları kapitalın yenidən artırılmasının, perspektivdə “Unibank”ın ölkənin maliyyə bazarında lider mövqeyini qoruyub saxlamaq və möhkəmləndirməsinə təkan verəcəyi fikrindədirlər. Kapitalın növbəti artımı səhmdarların Bankın daha da böyüməsində marağını ortaya qoymaqla, ölkə iqtisadiyyatına dəstəyi artırmaq və müştərilərin maliyyə ehtiyaclarını daha yüksək səviyyədə qarşılamaq mövqeyindən irəli gəlir. Kapital artımı Bankın ölkə iqtisadiyyatına daha çox töhfə vermək, müştərilərə daha geniş xidmət və daha yüksək keyfiyyətli məhsullar təklif etmək və hər zaman müştəri məmnuniyyətini ən vacib məsələ hesab etmək prioritetlərini həyata keçirməyə təkan verəcək”, - deyə məlumatda qeyd olunub.

“Unibank" ASC ölkənin xarici kapitalın iştirakı olan ən iri banklarından biridir. Beynəlxalq maliyyə institutları olan DEG (24,37%) və EBRD-nin (19,41%) Bankın nizamnamə kapitalında payı hazırda 44%-ə yaxındır.

Son xəbərlər

Orphus sistemi