"Unibank" yeni kredit kampaniyasına başlayıb

"Unibank" yeni kredit kampaniyasına başlayıb ​"Unibank" bəzi kreditləri komissiyasız verəcək
Maliyyə
29 İyul , 2015 17:41
Unibank yeni kredit kampaniyasına başlayıb

Bakı. 29 iyul. REPORT.AZ/ "Unibank" ASC komissiyasız nağd kreditlər təklif edir. Avqustun 31-dək davam edən kampaniya dövründə banka müraciət edən vətəndaşlar 10 min dollaradək nağd kreditləri 0% komissiya ilə götürə bilərlər.

"Report"un banka istinadən verdiyi xəbərə görə, dollar kreditləri 3 ilədək müddətə verilir. "Unibank"a müraciət edənlər 10 minədək manat kreditlərindən də faydalana bilərlər. Manat kreditləri 1%-lik komissiya ilə ayrılır.

"Unibank" hazırda 40 filialı ilə vətəndaşların xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün "Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi