“Unibank” Yeni İl kampaniyası keçirir

“Unibank” Yeni İl kampaniyası keçirir Kampaniya yanvarın 7-nə qədər davam edəcək
Maliyyə
8 Dekabr , 2016 12:54
“Unibank” Yeni İl kampaniyası keçirir

Bakı. 8 dekabr. REPORT.AZ/ “Unibank” ASC-dən kredit və ya debet kartı alan, pul köçürən, əmanət yerləşdirən, Bankın kartları ilə alış-veriş edən hər kəsi Yeni İl bayramı münasibəti ilə endirimlər və hədiyyələr gözləyir. “Report” xəbər verir ki, bu barədə “Unibank”ın açıqlamasında bildirilir.

Məlumata görə, Yeni İl hədiyyələri paketinə aşağıdakılar daxildir:

- Hər kəs üçün komissiyasız kredit və üstəlik pulsuz "Albalı plus" debet kartı;

- Premimum kartların (Visa/MC "Gold"/"Platinum", "Visa İnfiniti", "Albalı Plus" debet "Gold"/"Platinum") qiymətinə 30% endirim;

- "Albalı plus" debet və "Albukart" hər kəs üçün cəmi 3 AZN-ə (USD-yə);

- Aksiya müddətində “Mobile banking”dən manat valyutasında açılan “Müddətli” əmanətlərə müddətin sonunda əlavə 0,3% gəlirlik;

- Yerləşdirilən əmanətlərin məbləğindən asılı olaraq, müştərilərə "Albalı plus" debet "Standart", "Gold" və ya "Platinum" hədiyyə;

- Depozit qutularının xidmət haqlarına 30% endirim;

- Xaricə təcili pulköçürmə sistemləri üzrə 300 AZN (və ya onun ekvivalenti) və daha yuxarı köçürmə edən və ya alan ("Unitransfer" üzrə - 300 AZN (onun ekvivalenti) və daha yuxarı köçürmə edən) müştərilərə danışıq kartları hədiyyə;

- 3 ay və yuxarı bütün hissəli alış-verişlərə Bank tərəfindən əlavə 1 ay hədiyyə;

- Partnyor mağazalarda nağdsız alış-verişə görə xüsusi "cashback" aksiyaları və endirimlər.

Yeni İl kampaniyası yanvarın 7-nə qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi