"Unibank" xaricdən yeni kredit cəlb edib

"Unibank" xaricdən yeni kredit cəlb edib Bu vəsait Azərbaycan iqtisadiyyatında real sektorun inkişafına yönəldiləcək
Maliyyə
10 Noyabr , 2015 16:29
Unibank xaricdən yeni kredit cəlb edib

Bakı. 10 noyabr. REPORT.AZ/ Dünyanın tanınmış maliyyə qurumlarından olan "ING Group" bankı "Unibank" ASC-yə 20 mln. ABŞ dolları həcmində kredit ayırıb. "Report"un banka istinadən verdiyi xəbərə görə, vəsait Azərbaycanda biznes layihələrinin maliyyələşdirilməsi və ölkə iqtisadiyyatında real sektorun inkişafına yönəldiləcək.

Qeyd edək ki, bu günlərdə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi "Unibank"ın reytinqini əvvəlki səviyyədə təsdiqləyib. Beynəlxalq agentliyin dəyərləndirməsinə görə, bankın bu il üçün də reytinqi "B" (proqnoz - “stabil”) səviyyəsindədir. “Fitch” mütəxəssislərinin fikrincə, reytinqin əvvəlki həddə saxlanılması bankın göstəricləri ilə bağlıdır.

“Fitch” agentliyi "Unibank"ın reytinqini yüksəldən zaman, kredit portfelinin artımı, yüksələn gəlirliliyi, korporativ idarəetmədə müsbət təcrübə və daha çox şəffaflıq nümayiş etdirməsi amillərini əsas götürüb.

Son xəbərlər

Orphus sistemi