"Unibank" texnoloji yeniliklərin tətbiqini davam etdirir

"Unibank" texnoloji yeniliklərin tətbiqini davam etdirir Yeni sistemin tətbiqi ilə əlaqədar olaraq yaxın bir neçə gündə xidmətlərdə müvəqqəti texniki məhdudiyyətlər olacaq
Maliyyə
22 Avqust , 2016 18:44
Unibank texnoloji yeniliklərin tətbiqini davam etdirir

Bakı. 22 avqust. REPORT.AZ/ "Unibank" ASC öz məhsul və xidmətlərində növbəti yeniliklər etməyə hazırlaşır. "Unibank" hazırda tranzaksiyaların təhlükəsizliyinin daha da yüksəldilməsi məqsədilə yeni proqramların tətbiqini həyata keçirir. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu proqram təminatının tətbiqindən sonra, müştərilərin hesab və kartlarında apardığı əməliyyatların təhlükəsizliyi və qorunması daha da yüksələcək. 

Yeni sistemin tətbiqi ilə əlaqədar olaraq yaxın bir neçə gün ərzində xidmətlərdə müvəqqəti texniki məhdudiyyətlər olacaq. "Unibank" ən qısa müddətdə bu məhdudiyyətlərin aradan qalxacağını diqqətə çatdırır.

Son xəbərlər

Orphus sistemi