Bakı. 10 avqust. REPORT.AZ/ "Unibank" ASC bu gündən etibarən təhsil haqlarının "Albalı Plus" kartları ilə ödəniş kampaniyasına başlayıb. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, təhsil haqqı kart sahibinin istəyinə uyğun olaraq 6 və ya 12 ay müddətinə ödənilə bilər. Bunun üçün sadəcə, kart sahibi "Unibank"ın baş ofisi, “Əcəmi”, “Neftçilər”, “Mərdəkan” və “Sumqayıt” filiallarına yaxınlaşıb, vəsaitin köçürüləcəyi təhsil müəssisəsinin rekvizitlərini təqdim etməlidir.