​"Unibank" real sektora dəstəyini daha da artırır

​"Unibank" real sektora dəstəyini daha da artırır Bank manat biznes kreditlərinin verilməsini aktivləşdirib
Maliyyə
3 İyun , 2016 15:46
​Unibank real sektora dəstəyini daha da artırır

Bakı. 3 iyun. REPORT.AZ/ "Unibank" ASC manat biznes kreditlərinin verilməsini daha da aktivləşdirir. 

Bu barədə "Report"a Bankdan məlumat verilib: "Sərfəli biznes kreditləri və yüksək bank xidmətlərinin nəticəsi olaraq, "Unibank"a müraciət edən biznes sahiblərinin sayı getdikcə artır. Təkcə son aylarda Bankın iri korporativ müştərilərinin sayı 12% artıb. Bu müddətdə biznesə verilən kreditlərin həcmi isə 13,6 mln. manatı üstələyib".

Ümumiyyətlə, Bankda manat depozitlərinin artımı müşahidə olunur. Korporativ bank xidmətləri Departamentinin rəhbəri Məcid Məmmədov bu artımı üç səbəblə əlaqələndirir: "Bu, ilk növbədə manatın məzənnəsinin sabitləşməsi, Əmanətlərin Sığortalanması Fondu tərəfindən depozitlərin sığortalanması və Bank tərəfindən manat depozitlərinin dollarla müqayisədə daha yüksək faizlə qəbul olunması amilləri ilə bağlıdır. Bu da öz növbəsində verilən kreditlərdə manat kütləsinin həcminin artmasına səbəb olur”.

"Unibank" Sahibkalığa Kömək Milli Fondunun (SKMF) uğurlu tərəfdaşları sırasındadır. Ötən il Bank tərəfindən təkcə SKMF-in vəsaitləri hesabına ümumilikdə 4,7 mln. manat təşkil edən 130 kredit verilib. Bu ilin əvvəlindən indiyədək "Unibank" Fondun vəsaitləri hesabına kreditləşmədə aktiv iştirak edən banklardan biridir. SKMF-in xəttilə ayrılan kreditlər çox sərfəli şərtlərlə - illik cəmi 6%-lə 10 mln. manatadək verilir.

Beynəlxalq maliyyə qurumlarının etibarlı tərəfdaşı olan "Unibank" kənd təsərrüfatına dəstək layihəsi çərçivəsində Dünya Bankının vəsaiti hesabına kreditləşməni həyata keçirir. Dünya Bankı və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə layihəsinin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara kömək olmaqdır.

"Unibank" həmçinin beynəlxalq ticarətlə məşğul olmaq istəyən korporativ müştərilərə də dəstək olur. Bankın dünyanın nəhəng maliyyə qurumlarından olan “Credit Agricole” və “Unicredit Group”la əməkdaşlığı nəticəsində, Bankın korporativ müştəriləri beynəlxalq bazarda nəinki nüfuzlu zamin, həm də maliyyə dəstəyi əldə edə bilir.

"Unibank"da Azərbaycanın neft və qeyri-neft sektorunu təmsil edən böyük şirkətlərə, həmçinin kiçik və orta sahibkarlara xidmət olunur. Səhmdarlar tərəfindən təsdiqlənmiş strategiyaya əsasən, "Unibank" gələcəkdə daha da universal bankçılıq konsepsiyası çərçivəsində inkişaf edəcək və qısa müddət ərzində biznes sahəsini yeni bir səviyyəyə çıxaracaq.

M.Məmmədov qeyd edib ki, bu strategiya çərçivəsində Bankın kiçik və orta bizneslə məşğul olan müştərilərinə xidmət üçün ixtisaslaşdırılmış filialları açılıb: "Əsas məqsədlərdən biri də beynəlxalq proqramlarda daha da fəal iştirak etməklə, kiçik və orta bizneslə məşğul olan müştərilər üçün sərfəli şərtlərlə maliyyə resursları cəlb etmək, kredit şərtlərinin təkmilləşdirilməsidir".

Qeyd edək ki, yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar Bankın “Qara Qarayev”, “İçərişəhər”, “Dərnəgül”, “Yasamal” filialları və “Unibank-Biznes Mərkəzi”nə, eləcə də "Unibank"ın bölgə filiallarına müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi