"Unibank" plastik kart istifadəçiləri üçün yeni kampaniya keçirir

"Unibank" plastik kart istifadəçiləri üçün yeni kampaniya keçirir Bankın kartları ilə supermarketlərdə alış-veriş edənlər xərclədikləri pulun 5%-ni geri ala biləcəklər
Maliyyə
17 Fevral , 2017 16:51
Unibank plastik kart istifadəçiləri üçün yeni kampaniya keçirir

Bakı. 17 fevral. REPORT.AZ/ "Unibank" ASC-nin əmək haqqı, "ALBALI PLUS" kredit-debet və digər kartları ilə supermarketlərdə alış-veriş edənlər xərclədikləri pulun 5%-ni geri ala biləcəklər. 

"Report" xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, bu bankçılıq-supermarket əməkdaşlığı sahəsində bir yenilikdir: "İndi "Unibank" kartları ilə "ARAZ" supermarketlərində kampaniya müddətində xərclədiyiniz 100 manat və daha çox vəsaitin 5%-i həcmində "cashback" qazanacaqsınız. Məsələn, siz kampaniya dövründə 30, 40 və 60 manatlıq 3 dəfə alış-veriş etmisinizsə, bu o deməkdir ki, 6,5 manat "cashback" qazanacaqsınız. Kampaniya 18-28 fevral tarixində qüvvədə olacaq".

"Cashback" bonusları qazanmaq üçün ödənişlər mütləq qaydada "Unibank" pos-terminallarından edilməlidir. Daha ətraflı: http://albali.az/az/araz-marketlerde-5-cash-back-bonusu

"Unibank"ın bütün əmək haqqı kartları və eləcə də "ALBALI PLUS" kredit və "ALBALI PLUS" debet kartlarında "сashback" xidməti mövcuddur. "Unibank" kartları ilə partnyor və qeyri-partnyor mağazalarda (http://www.unibank.az/az/private-clients/cashback/) alış-verişlər  xərclənən vəsaitin 20%-i qədəri "cashback" qazandıracaq. Beləliklə, müştəri həm "Unibank"ın partnyor mağazalarında olan endirimlərdən faydalanacaq, həm də xərclədiyi pulun bir hissəsini bank yenidən ona hədiyyə edəcək.

"Unibank" hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə "Unibank"ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi