"Unibank" öz pulköçürmə sistemini yaradıb

"Unibank" öz pulköçürmə sistemini yaradıb “Unitransfer”lə manat, dollar, avro və rublda pul köçürmək mümkündür
Maliyyə
20 Oktyabr , 2016 10:38
Unibank öz pulköçürmə sistemini yaradıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Unibank" ASC  “Unitransfer” adlı daxili pulköçürmə sistemini istifadəyə verib. “Unitransfer”in üstünlüyü müştərilərə "Unibank"ın eyni şəhərdəki filialları arasında və yaxud bir şəhərdə yerləşən filialdan digər şəhərdə yerləşən filiala qısa müddətdə pul köçürmək imkanı verməsi ilə yanaşı, hesabın açılmamasıdır. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, köçürmə adi qaydada, ad, soyad, ata adı və kod əsasında olacaq. Adına pul köçürülən şəxs əməliyyatdan cəmi bir neçə dəqiqə sonra, sadəcə şəxsiyyət vəsiqəsini təqdim etməklə, istənilən "Unibank" filialından pulu götürə biləcək.

“Unitransfer”lə 4 valyutada – manat, dollar, avro və rublda pul köçürmək mümkün olacaq. Köçürməyə görə, vəsaitin 0.4%-i (minimum 2 AZN/USD/EUR, 200 RUB) həcmində komissiya tutulacaq. İlk mərhələdə yalnız "Unibank" daxilində fəaliyyət göstərəcək pulköçürmə sisteminin gələcəkdə digər banklarda da istifadəsi nəzərdə tutulur.

Dünyanın ən məhşur və etibarlı pulköçürmə sistemlərinə qoşulan "Unibank" 10 pulköçürmə sistemi vasitəsi ilə müştərilərinə xidmət göstərməkdədir. Bank hazırda geniş xidmət şəbəkəsinə malik “Zolotaya Korona”, “Contact” , “Western Union” , "Faster", “LİDER”, "Blizko", “PrivatMoney”, UPT kimi nüfuzlu təcili pulköçürmə sistemləri üzrə də xidmət göstərərək, ABŞ dolları, avro və Rusiya rublu ilə əməliyyatlar həyata keçirir.

Son xəbərlər

Orphus sistemi