​"Unibank" nizamnamə kapitalını kəskin artırır

​"Unibank" nizamnamə kapitalını kəskin artırır Bankın səhmdarları kapitalı 55 mln. manat və ya 78% artırmaq qərarına gəlib
Maliyyə
3 Avqust , 2016 10:42
​Unibank nizamnamə kapitalını kəskin artırır

Bakı. 3 avqust. REPORT.AZ/ "Unibank" ASC nizamnamə kapitalını təxminən 78% və yaxud 55 mln. artıraraq 125 565 232 manata çatdıracaq. Bankdan "Report"a verilən məlumata görə, bununla bağlı qərar "Unibank"ın səhmdarlarının ötən gün keçirilmiş növbədənkənar yığıncağında qəbul olunub.

Bankın kapitalı əlavə səhm emissiyası hesabına artırılacaq. Səhmlərin yerləşdirilməsi üçün qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olaraq "Unicapital İnvestisiya Şirkəti” ASC seçilib. Yerləşdirmə qapalı üsulla, əqdlərin Bakı Fond Birjasında qeydiyyatı vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, hazırda "Unibank"ın nizamnamə kapitalı 70 565 232 manatdır. Bu məbləğ hər birinin nominal qiymət 2,72 manat olan 25 943 100 səhm əsasında formalaşıb. 

Son xəbərlər

Orphus sistemi