“Unibank” neftçilər üçün kampaniya keçirir

“Unibank” neftçilər üçün kampaniya keçirir Neft sektorunun işçiləri 15 min manatadək nağd krediti 36 ayadək müddətə ala bilər
Maliyyə
18 Sentyabr , 2017 11:57
“Unibank” neftçilər üçün kampaniya keçirir
Report

Bakı. 18 sentyabr. REPORT.AZ/ “Unibank” ASC 20 sentyabr - Neftçilər günü münasibəti ilə neft sektorunun işçiləri üçün xüsusi aksiya keçirir.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, sentyabrın 18-dən 22-dək "Unibank" filialına müraciət edən neft sektorunun işçiləri, 15 min manatadək nağd krediti 36 ayadək müddətə, cəmi 1% komissiya ilə əldə edə biləcəklər.

Kreditin aylıq minimum ödənişləri 19 manatdan başlayır. Heç bir zamin tələbi və sığorta haqqı yoxdur.

Nağd kreditlə bağlı bank filiallarına müraciət etmək və eləcə də “Unibank Mobile”dan və yaxud www.unibank.az saytından onlayn və ya 050 778 8117 whatsapp nömrəsinə yazaraq kredit sifariş etmək mümkündür.

“Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir. Bankın paytaxt və bölgələrdə yerləşən 5 filialı - “Neftçilər”, 15 saylı (S.Vurğun bağı ilə üzbəüz), “Əcəmi”, “Sumqayıt” və “Gəncə” filialları həftə sonu saat 10:00-dan 14:00-dək müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi