"Unibank" nağd kreditlərin maksimal məbləğini artırıb

"Unibank" nağd kreditlərin maksimal məbləğini artırıb Nağd kreditlər üzrə aylıq ödənişlərin həcmi isə 19 manatdan başlayır
Maliyyə
16 May , 2017 17:02
Unibank nağd kreditlərin maksimal məbləğini artırıb

Bakı. 16 may. REPORT.AZ/ "Unibank" ASC nağd kreditlərin maksimal məbləğini 15 min manata qaldırıb, nağd kreditlər üzrə aylıq ödənişlərin həcmi isə 19 manatdan başlayır.

"Report"un banka istinadən verdiyi xəbərə görə, rəsmi gəliri olan hər bir ölkə vətəndaşı "Unibank"a nağd kredit üçün müraciət edə bilər.

Kreditin aylıq minimum ödənişləri 19 manatdan başlayır. Minimum əmək haqqı tələbi cəmi 175 manatdır. Faiz dərəcəsi 23%-dən başlayır. Kreditin müddəti 36 ayadəkdir. Kreditin rəsmiləşdirilməsi zamanı komissiya сəmi 1% təşkil edir. Heç bir zamin tələbi yoxdur.

Nağd kreditlə bağlı bank filiallarına müraciət etmək olar. Eləcə də "Unibank Mobile"dan və yaxud unibank.az saytından onlayn kredit sifariş etmək mümkündür.

"Unibank"ın 4 bank məhsulunu birləşdirən unikal "Albalı Plus" kredit kartı da ölkə vətəndaşları üçün əlçatandır. Rəsmi gəliri olan hər kəs "Unibank" filiallarına 5 000 manatadək kredit xətti olan "Albali Plus" kartı üçün müraciət edə bilər.

"Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi