“Unibank Mobile ilə qazanın” tirajlı stimullaşdırıcı lotereyasının qalibləri müəyyənləşib

“Unibank Mobile ilə qazanın” tirajlı stimullaşdırıcı lotereyasının qalibləri müəyyənləşib Qaliblərdən ikisi "Unibank"dan hədiyyə olaraq "İphone 6S" smartfonu qazanıb
Maliyyə
2 Noyabr , 2016 13:16
“Unibank Mobile ilə qazanın” tirajlı stimullaşdırıcı lotereyasının qalibləri müəyyənləşib

Bakı. 2 noyabr. REPORT.AZ/ "Unibank" ASC-nin mobil əlavəsindən istifadə edən müştərilər "iPhone 6S" və digər qiymətli hədiyyələr qazanıblar.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, “Unibank Mobile ilə qazanın” tirajlı stimullaşdırıcı lotereyasının qalibləri müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında seçilib. İki hissəli lotereyada "Unibank Mobile"la 12 iyul-12 oktyabr tarixləri arasında əməliyyatlar edən müştərilərdən 24 nəfər qalib seçilib. Qaliblərdən ikisi "Unibank"dan "İphone 6S" hədiyyə qazanıb. Daha iki müştəri lotereyanın şərtlərinə əsasən, "Bose Dinamik Bluetooth"  sahibi olub. Lotereya müddətində "Unibank Mobile"la əməliyyatlar edən 20 qalib isə 50 AZN və 100 AZN balanslı "Albukart" debet kartı qazanıblar.

Qeyd edək ki, "Unibank Mobile" istifadəçiləri üçün hazırda daha bir kampaniya keçirilir. Kampaniya müddətində "Unibank Mobile"la aparılan “hesabdan karta”, ”kartdan hesaba” və “kartdan karta” əməliyyatlarına komissiya haqlarında 20% endirim edilir.

"Unibank Mobile" bütün hesablara onlayn şəkildə nəzarət etmək, kommunal, internet, kabel TV, kredit ödənişini həyata keçirmək, depozit və cari hesab açmaq imkan yaradır.

Son xəbərlər

Orphus sistemi