“Unibank Mobile”dan artıq planşetlərdə də istifadə mümkündür

“Unibank Mobile”dan artıq planşetlərdə də istifadə mümkündür Mobil əlavə "İOS" və "Android" platformalarında işləyir
Maliyyə
30 Mart , 2017 12:08
“Unibank Mobile”dan artıq planşetlərdə də istifadə mümkündür

Bakı. 30 mart. REPORT.AZ/ “Unibank Mobile”ın planşet versiyası istifadəyə verilib. Bu barədə “Report”a “Unibank” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, mobil əlavənin planşet versiyasına bir sıra funksiyalar da əlavə olunub. Həm "IOS", həm də "Android" platformalı planşetlər üçün hazılanan mobil tətbiqdə, müştəri əlavə olaraq öz silinmələrini cədvəl ya da siyahı formasında görə biləcək.

Planşetlərdə istifadə ediləcək “Unibank Mobile” müştərilərin bütün hesablarına onlayn şəkildə nəzarət etməyə, telefonun kitabçasında qeydiyyatda olan dostlara siyahıdan rahat şəkildə köçürmə etməyə imkan yaradır.

Həmçinin, istifadəçilər “Unibank”dakı bir kart və ya hesabından digər kart və ya hesaba pul köçürməsi, kartın bloklanması və blokdan açılmasını bir kliklə edə bilər.

Bütün bunlarla yanaşı abonentlər olduğu yerdən kommunal, internet , kabel TV , kredit - istədiyi ödənişi həyata keçirə, aylıq ödənişləri sistemə avtomatik ödənişlər siyahisina daxil edə və bu ödənişlər təyin etdiyi vaxtda avtomatik keçirilə, həmçinin depozit və cari hesab aça bilər. Əlavə olaraq müştəri mövcud əmanətlə bağlı bütün məlumatları banka gəlmədən əldə edə bilər.

Xatırladaq ki, “Deloitte&Touche” şirkəti tərəfindən MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunan “Unibank Mobile” istifadəçilərinin sayı sürətlə artır. Hazırda kampaniya çərçivəsində “Unibank Mobile”da kartlar arasında aparılan əməliyyatlar komissiyasızdır. Aprelin 10-dək öz kommunal, mobil, stasionar, internet/TV xidməti ödənişlərini “Unibankın Mobile” əlavəsi ilə edənlər, kart və hesablarından köçürmələr edənlər isə “Bahar kampaniyası” çərçivəsində 1 000 manatadək pul qazanmaq şansı əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi