"Unibank" mobil əlavəsinin imkanları daha da artıb

"Unibank" mobil əlavəsinin imkanları daha da artıb Bu ödənişlər üçün heç bir əlavə komissiya tutulmur
Maliyyə
21 Fevral , 2017 17:57
Unibank mobil əlavəsinin imkanları daha da artıb

Bakı. 21 fevral. REPORT.AZ/ "Unibank Mobile"a yeni əlavə olunan “Hökumət ödənişləri” bölməsinə daxil olmaqla, həm ipoteka kreditlərini, həm də cərimələri ödəmək imkanı yaranıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu ödənişlər üçün heç bir əlavə komissiya tutulmur. Hazırda kampaniya çərçivəsində "Unibank Mobile"da kartlar arasında aparılan əməliyyatlar da komissiyasızdır.

"Unibank Mobile" hesablara onlayn şəkildə nəzarət etmək, "Unibank"dakı bir kart və ya hesabdan digər kart və ya hesaba pul köçürmək imkanları, kommunal, internet , kabel TV, kredit - istənilən ödənişi həyata keçirmək imkanı yaradır. Qeyd edək ki, aylıq ödənişləri avtomatik ödənişlər siyahısına daxil etməklə bu ödənişlərin təyin olunan vaxtda avtomatik həyata keçirilməsi mümkündür.

Həmçinin, "Unibank Mobile" əlavəsi depozit və cari hesab açmağa imkan yaradır. Bundan əlavə mövcud əmanətə bağlı bütün məlumatları banka gəlmədən əldə etmək olar.

"Unibank Mobile"ın köməyi ilə bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapa, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tutmaq mümkündür.

"Unibank Mobile" "İOS" və "Android" platformalarında işləyir. "Unibank"ın mobil bank xidmətini http://onelink.to/ffdbwf linkindən yükləmək olar. 

Son xəbərlər

Orphus sistemi