Yuxarı
    Bağlamaq

    "Unibank" mobil bankçılıq xidmətini təkmilləşdirir

    Unibank Mobile istifadəçilərinə hədiyyələr qazandırır

    Bakı. 29 iyul. REPORT.AZ/ "Unibank" ASC mobil bankçılıq xidmətində yeniliklər edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, indi "Unibank Mobile" xidmətində əsas ekran daha rahat və xidmətlərə seçim imkanlı olub.

    "Unibank Mobile"dan istifadə edən hər kəs, öz smartfonunda daha çox istifadə etdiyi bank xidmətlərini seçərək, əsas ekrana yerləşdirə bilər. Azərbaycan mobil bankçılığında ilk dəfə müştəri menyu bəndlərini əsas ekranda öz istəyinə görə tənzimləyə bilər. Bu, müştərinin bank xidmətinə birbaşa çıxışını təmin etməklə yanaşı, vaxtına da xeyli qənaət edir.

    "Unibank Mobile"da edilən digər dəyişikliklə "Unibank"da krediti olan ailə üzvünün, dostunun kreditini telefondan ödəmək imkanı yaranıb. Bunun üçün “Ödənişlər” bölümündə yeni “Kredit ödə” bölümü yaradılıb. Kreditini ödəmək istədiyiniz şəxsin şəxsiyyət vəsiqəsinin PIN kodunu və müqavilə nömrəsini yazaraq, hesabınızdan onun kreditini ödəyə bilərsiniz.

    Daha bir yenilik isə "Unibank Mobile"a daxil olduğunuz parolu dəyişmək imkanının yaradılmasıdır. Bunun üçün menyudan “Ayarlar” bölümünə daxil olub şifrəni dəyişə bilərsiniz.

    Son yenilənmələrdən sonra "Unibank Mobile"da əsas ekranın yüklənməsi, eləcə də əməliyyatlar daha sürətli olub. "Unibank" mobil bankinq xidmətini davamlı olaraq təkmilləşdirməkdə davam edəcək. 

    "Unibank Mobile" istifadəçilərinə hədiyyələr də qazandırır. Bankın "Unibank Mobile" əlavəsi istifadəçiləri arasında keçirdiyi lotereyanın şərtlərinə görə, mobil bankinqlə əməliyyat edən müştərilər onlarla dəyərli hədiyyə qazanacaqlar.

    Lotereyada 2 ədəd "İphone 6S 16 GB Space Grey", 2 ədəd "Dinamik Bose SoundLink Mini Bluetooth II", 5 ədəd 100 manatlıq "Albukart", 15 ədəd 50 manatlıq "Albukart" oynanılacaq.

    Oktyabrın 12-dək davam edəcək lotereyanın 24 qalibi olacaq. "Unibank Mobile" əlavəsində hər biri minimum 5 AZN olan 3 əməliyyat, iştirakçıya 1 şans qazandırır. Lotereya dövrünə düşən hər təqvim ayı müştəri edəcəyi əməliyyatlardan maksimum 50 şans, yəni ümumi 3 ayda 150 şans toplaya biləcək.

    Lotereya müddətində "Unibank Mobile" əlavəsini yükləyərək 12 iyul-12 oktyabr tarixləri arasında minimum 1 əməliyyat edən müştərilər də böyük hədiyyələr qazanmaq şansı əldə edəcəklər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi