​"Unibank" manat əmanətlərini bahalaşdırıb

​"Unibank" manat əmanətlərini bahalaşdırıb Konkret hədd faizlərin götürülməsi müddətindən asılıdır
Maliyyə
20 İyun , 2016 10:55
​Unibank manat əmanətlərini bahalaşdırıb

Bakı. 20 iyun. REPORT.AZ/ "Unibank" ASC manatla yerləşdirilən əmanətlərin illik faiz dərəcələrini 0,5% artırıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, hazırda "Unibank"a milli valyutada 1-3 il müddətinə yerləşdirilən (müddətli) əmanətlərə görə, illik 13-14% dividend ödənilir. İndiyə qədər isə illik faiz dərəcələri 12,5-13,5% olub.

Konkret hədd faizlərin ayda bir dəfə və yaxud depozit müddətinin sonunda götürülməsindən asılıdır.

Son xəbərlər

Orphus sistemi