Yuxarı
    Bağlamaq

    "Unibank" kredit kampaniyasına başlayıb

    © Report

    Bakı. 8 yanvar. REPORT.AZ/ "Unibank" ASC yeni kredit kampaniyası keçirir. Yanvarın 22-dək davam edəcək kampaniya müddətində Bankdan istehlak krediti və ya mikrokredit götürən hər kəs ilk 3 ay yalnız faiz məbləğini ödəyəcək. 

    "Report"un Banka istinadən verdiyi xəbərə görə, kampaniya müddətində götürülən kreditlərin komissiya haqlarına da 50% endirim ediləcək.

    Qeyd edək ki, "Unibank"dan götürülən kreditlər müştəriyə 2 018 manatadək pul mükafatı qazanmaq şansı verir. Çünki “Yeni il - 2018” adlı tirajlı stimullaşdırıcı lotereya çərçivəsində yanvarın 15-dək "Unibank"dan kredit götürən, bankın kartları ilə alış-veriş edən və ödənişlərini "Unibank Mobile"la həyata keçirən müştərilər lotereya qalibi olmaq şansı qazanırlar. Uduş fondu 10 000 manatdan çox olan lotereyada 95 qalib seçiləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi