Yuxarı
    Bağlamaq

    "Unibank" korporativ müştəriləri üçün yeni biznes texnologiyasını istifadəyə verib

    © Report

    Bakı. 22 fevral. REPORT.AZ/ “Unibank” ASC-nin korporativ müştəriləri cəmi bir əməliyyatla mühasibatlıq sistemlərini internet bankinqə köçürə biləcəklər. Bankın biznes müştəriləri üçün tətbiq etdiyi "Open API" sistemi müştərilərə real zamanda hesabları haqqında məlumatları əldə etmək, həmçinin rəqəmsal platforma vasitəsilə maliyyə hesablarını idarə etmək imkanı yaradır.

    “Report” bu barədə "Unibank"a istinadən xəbər verir. 

    API –da müştərinin kartları və hesabları haqqında bütün məlumatlar mövcuddur. Bu platforma müştəriyə bütün hesablarını izləmək və maliyyə hesablarını idarə etmək imkanı verir. Sistem bir neçə bank hesabı olan müştərinin işini daha da asanlaşdırır. API-dən istifadə edərək, müştəri bir hesabından digər hesabına asanlıqla pul köçürə bilər. "Unibank"ın korporativ müştərilərinə təqdim etdiyi bu sistemi öz hesablaşma sisteminə inteqrasiya edən müştəri, səhvsiz və gecikmədən ödənişləri göndərə bilir.

    "Open API" məlumatların tam təhlükəsizliyini təmin edir. Müştəri üçün öz sistemində ödəniş yaratdıqdan sonra, İB-də eyni ödənişi yaratmağa ehtiyac qalmır, ödəniş avtomatik olaraq yaradılır. Əməliyyatların statusları barədə məlumat alır. Hesabdan çıxarış əldə etmək imkanı yaradır. Hazırda API vasitəsilə İnternet Bankinqdə bütün növ ödənişlər və köçürmələr keçirmək(Hesabdan hesaba köçürmələr (ölkədaxili və ölkəxarici), hesabdan karta köçürmələr, kartdan karta, kartdan hesaba, konvertasiya əməliyyatları, büdcə ödənişləri, "Azercell" ödənişləri, ƏDV ödənişləri)mümkündür. Əmək haqqı və kütləvi ödənişlər yaxın zamanda olacaq.

    Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-a qədər "Unibank"ın "Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallarına və “Unibank-biznes mərkəzi”nə, eləcə də "Unibank"ın bölgə filiallarına müraciət edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi