“Unibank” komissiyasız mikrokreditlər təklif edir

“Unibank” komissiyasız mikrokreditlər təklif edir Aksiya avqustun 6-na qədər davam edəcək
Maliyyə
11 İyul , 2017 11:47
“Unibank” komissiyasız mikrokreditlər təklif edir

Bakı. 11 iyul. REPORT.AZ/ Ticarət, istehsal, kənd təsərrüfatı və xidmət sahələrində fəaliyyət göstərən biznes sahibləri “Unibank” ASC-dən 15 000 manata qədər biznes kreditlərini komissiyasız əldə edə bilərlər.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumata görə, mikrokreditlər 1-3 gün ərzində verilir. Kredit üçün sahibkarlardan sənəd tələbi də minimumdur. 0% komissiyalı mikrokredit aksiyası avqustun 6-na qədər davam edəcək.

“Hazırda ölkədə on minlərlə sahibkar öz biznesini böyütmək arzusundadır və “Unibank” davamlı olaraq onlara dəstək verir. Biznesini genişləndirmək istəyən sahibkarlar bankın Bakıda və eləcə də regionlarda yerləşən filiallarına müraciət edərək, sərfəli biznes kreditlərindən faydalana bilərlər”, - deyə məlumatda qeyd olunub.

“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-a qədər fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi