"Unibank": Kapital artımı yaxın iki həftə ərzində yekunlaşacaq

"Unibank": Kapital artımı yaxın iki həftə ərzində yekunlaşacaq Bu barədə "Report"a açıqlamasında Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib
Maliyyə
9 İyun , 2017 11:25
Unibank: Kapital artımı yaxın iki həftə ərzində yekunlaşacaq

Bakı. 9 iyun. REPORT.AZ/ "Unibank" ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı işlər son mərhələdədir. 

Bu barədə "Report"a açıqlamasında Bankın İdarə Heyətinin (İH) sədri Faiq Hüseynov bildirib. 

Onun sözlərinə görə, kapital artımı yaxın 2 həftə ərzində yekunlaşacaq: "Əfsuslar olsun ki, bu məsələ ilə bağlı müxtəlif dövlət qurumlarından icazələrin alınması gözlədiyimizdən çox vaxt apardı. Amma hər şey qaydasındadır, bütün lazımi proseslər gedir. İndi qanunvericiliyə uyğunlaşdırmaq üçün yalnız bankdaxili addımları atmaq qalıb".

"Unibank" rəhbəri onu da deyib ki, bank kreditləşməni yerli imkanlar hesabına genişləndirmək istəyir: "Hazırda xarici valyutada vəsait cəlb edilməsinin heç bir xeyri yoxdur. Xarici investorlar da manatla kredit vermir. Biz də kreditləşməni daxili bazarın hesabına genişləndirmək fikrindəyik. Əminəm ki, son vaxtlar bank sektorunda aparılan islahatlar kredit vermək üçün manat kütləsinin formalaşmasına imkan verəcək". 

Son xəbərlər

Orphus sistemi