"Unibank" kampaniya keçirir

"Unibank" kampaniya keçirir Kart sahibi pulunu heç bir komissiya ödəmədən bankomatlardan nağdlaşdıra bilir
Maliyyə
24 Yanvar , 2017 16:36
Unibank kampaniya keçirir

Bakı. 24 yanvar. REPORT.AZ/ "Unibank" ASC-nin keçirdiyi kampaniya çərçivəsində "Albali Plus" debet kartının qiyməti cəmi 3 AZN/USD olub. "Report" bu barədə Banka istinadən xəbər verir. 

Debet kartı "Unibank"ASC-nin filiallarından almaq mümkündür. Sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən filiala yaxınlaşmaqla və ya onlayn (http://debet.albali.az/) sifariş verməklə sərfəli "AlbalıI Plus" debet kampaniyasından faydalanmaq olar.

"Unibank"ın "Albalı Plus" debet kartı sırf müştərilərin istəklərinə hesablandığı üçün depozit və "cashback" funksiyalıdır, üstəlik kart sahibi öz pulunu heç bir komissiya ödəmədən Bankın bankomatlarından nağdlaşdıra bilir.

"Albalı Plus" debet kartı sahibinə bir çox üstünlüklər verir. Hər alış-verişdə xərclənən vəsaitin 20%-dək hissəsi kart hesabına geri qayıdır, kartda qalan pula illik 6%-dək depozit gəliri hesablanır. Kartdakı pulu komissiyasız nağdlaşdırmaq imkanı verir. Debet kartı manat və ya dollar valyutasında sifariş oluna bilər. Kartın hansı ödəniş sistemində olmasını seçə bilərsiniz. Bu kart partnyor və qeyri-partnyor mağazalarda çoxlu endirim və hədiyyələr imkanı yaradır.

Son xəbərlər

Orphus sistemi