Yuxarı

​"Unibank" istiqrazlarının tədavül müddətini artırıb

2011-ci ilin martında emissiya olunan istiqrazların tədavül müddəti bu il noyabrın 15-dək uzadılıb

Bakı. 13 iyun. REPORT.AZ/ "Unibank" ASC-nin İdarə Heyətinin qərarı ilə Bankın 11 mart 2011-ci il tarixdə AZ2007002028 nömrəsi ilə dövlət qeydiyyatına alınmış istiqrazların tədavül müddəti 2016-cı il noyabrın 15-dək uzadılıb. 

Bu barədə "Report"a "Unibank"dan bildirilib.

Məlumata görə, bununla əlaqədar, sözügedən istiqrazların emissiya prospektinin “B” bölməsinin 1.4-cü, 1.10-cu, 1.12-ci və 1.13-cü bəndlərinə və emissiya prospektinin "A" cədvəlinə dəyişikliklər edilib və həmin dəyişikliklər Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dövlət qeydiyyatına alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi