"Unibank" istehlak kreditləşməsinin şərtlərini dəyişib

"Unibank" istehlak kreditləşməsinin şərtlərini dəyişib Bank təkrar kredit alan müştərilərinə güzəşt edəcək
Maliyyə
3 Noyabr , 2016 16:31
Unibank istehlak kreditləşməsinin şərtlərini dəyişib

Bakı. 3 noyabr. REPORT.AZ/ "Unibank" ASC müştərilərə verdiyi istehlak kreditlərinin faiz dərəcələrinə dəyişiklik edib. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, bundan sonra "Unibank"ın təkrar və maaşını onun plastik kartı ilə alan fiziki şəxsələrə kredit illik 23-30%-lə veriləcək. İndiyə qədər faiz dərəcəsi konket olaraq 30% olub. Başqa sözlə, kredit tarixçəsindən asılı olaraq faiz dərəcəsinin aşağı olması mümkündür.

Bank yeni müştərilərinə isə krediti illik 30%-lə ayırmaqda davam edəcək.

Hazırda "Unibank"da ev təsərrüfatlarına verilən borcun məbləği 300-5 000 manat arasında dəyişir. Kredit maksimum 2 il müddətinə ayrılır.

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 70 565 232 manatdır. Bankın səhmlərinin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

Son xəbərlər

Orphus sistemi