“Unibank” ipoteka kreditlərinin illik faiz dərəcəsini 6,8%-ə endirib

“Unibank” ipoteka kreditlərinin illik faiz dərəcəsini 6,8%-ə endirib Bakı. 16 noyabr. REPORT.AZ/ “Unibank” ASC ipoteka kreditlərinin illik faiz dərəcəsini 7%-dən 6,8%-ə endirib.
Maliyyə
16 Noyabr , 2017 16:58
“Unibank” ipoteka kreditlərinin illik faiz dərəcəsini 6,8%-ə endirib
Report

Bakı. 16 noyabr. REPORT.AZ/ “Unibank” ASC ipoteka kreditlərinin illik faiz dərəcəsini 7%-dən 6,8%-ə endirib.

Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumatda deyilir ki, bu, ölkə tarixində adi ipoteka kreditləri üzə ən aşağı faizdir.

“Faizin aşağı salınması “Unibank”dan ipoteka krediti götürənlərin aylıq ödənişlərini azaltmaqla yanaşı, ümumi kredit məbləğində xeyli vəsaitə qənaət etmələrinə səbəb olacaq. Əksər banklarda adi dövlət ipotekasının 8% olduğunu nəzərə alsaq, “Unibank”ın təqdim etdiyi yeni faiz dərəcəsi 25 il müddətində mənzil sahibinin 35 000 manata yaxın vəsaitə qənaət etməsinə imkan verəcək. 7%-lik ipoteka kreditləri ilə müqayisədə isə qənaət edilən vəsaitin həcmi 6000 manata yaxındır”, - deyə məlumatda qeyd edilib.

“Unibank”da dövlət xətti ilə ipoteka kreditlərinin maksimal məbləği 150 min manatdır. Kredit müraciətini banka gəlmədən 050 778 81 17 “whatsapp” nömrəsinə “ipoteka” sözünü yazmaqla da etmək olar.

“Unibank”ın ipoteka müştəriləri kredit ödənişlərini banka gəlmədən, öz telefonlarında həyata keçirə bilirlər. Bunun üçün smartfonlardan “Unibank Mobile” əlavəsinə daxil olaraq, “hökumət ödənişləri” bölümünü seçmək lazımdır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud “Facebook” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi