Yuxarı
    Bağlamaq

    “Unibank”ın rəhbərliyinə yeni təyinatlar olub

    Bankın İdarə Heyətinin tərkibi genişləndirilib

    Bakı. 4 avqust. REPORT.AZ/ “Unibank” ASC-nin İdarə Heyəti (İH) sədrinə 2 yeni müavin təyin edilib.

    “Report” Banka istinadən xəbər verir ki, İqor Okayev korporativ bank xidmətləri üzrə müavin, Taleh Tahirli isə pərakəndə bank xidmətləri üzrə müavin vəzifəsinə təsdiqlənib.

    Bununla da, “Unibank”ın İH üzvlərinin sayı 3-dən 5-ə çatıb.

    İ.Okayev bundan əvvəl “Bank VTB (Azerbaijan)” ASC-nin İH-nin üzvü, T.Tahirli isə pərakəndə bank xidmətləri üzrə direktor olub.

    Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 119 685 712 manatdır. Bankın səhmlərinin 41,9%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 2,6%-i Zemfira Cəfərovaya, 19,4%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 24,4%-i Almaniyanın “DEG” - investisiya və inkişaf cəmiyyətinə, 8%-i adları açıqlanmayan qeyri-rezident hüquqi şəxslərə, 2,3%-i adları açıqlanmayan qeyri-rezident fiziki şəxslərə, 1,4%-i isə minaritar səhmdarlara məxsusdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi