Yuxarı

"Unibank"ın mənfəəti kəskin azalıb

Bank aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyata ayırmaları 5 dəfəyədək artırıb

Bakı. 23 aprel. REPORT.AZ/ Bu ilin ilk rübündə "Unibank" ASC-nin vergi ödənilənədək mənfəəti 2014-cü ilin I rübü ilə müqayisədə 3,3 dəfə azalaraq 4,2 mln. manata düşüb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə Bankın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 7,04% artaraq 49,4 mln. manat, xərcləri 5,40% azalaraq 29,6 mln. manat təşkil edib.

Cari ilin birinci rübündə Bankın balans mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 33,18% artaraq 19,8 mln. manat olub ki, bunun da 15,6 mln. manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. Qeyd edək ki, ötən ilin eyni dövründə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar cəmi 3,3 mln. manat olub.

Hesabat dövründə bankın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,61% artaraq 3,5 mln. manata çatıb. Bu müddətdə faiz xərcləri isə 0,31% azalaraq 12,975 mln. manata düşüb.

Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 31,02% azalaraq 5,9 mln. manata, qeyri-faiz xərcləri isə 9,03% azalaraq 16,6 mln. manata düşüb. Nəticədə, cari ilin ilk rübündə bankın faiz mənfəəti 30,6 mln. manat, qeyri-faiz zərəri isə 10,8 mln. manat olub. Bu da öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə 24,02% və 10,06% çoxdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi