"Unibank"ın lotereya qalibləri məlum olub

"Unibank"ın lotereya qalibləri məlum olub Qaliblərdən 1 nəfər 1 000 manat, 3 nəfər 500 manat, 30 nəfər 100 manat, 50 nəfər 50 manat, 100 nəfər 20 manat qazanıb
Maliyyə
20 Aprel , 2017 11:48
Unibankın lotereya qalibləri məlum olub

Bakı. 20 aprel. REPORT.AZ/ "Unibank" ASC-nin uduş fondu 10 min manat olan “Bahar lotereyası”nda 184 nəfər qalib gəlib. Belə ki, on minlərlə müştəri 757 mindən çox şansla lotereyada iştirak edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, lotereya qalibləri xüsusi komissiyanın iştirakı ilə kompüter seçmə üsulu ilə seçilib. Qaliblərdən 1 nəfər 1 000 manat, 3 nəfər 500 manat, 30 nəfər 100 manat, 50 nəfər 50 manat, 100 nəfər 20 manat pul mükafatı əldə edib.

Xatırladaq ki, “Bahar lotereyası” çərçivəsində martın 4-dən aprelin 10-dək "Unibank"ın kartı və "Unibank Mobile"la həyata keçirilən bir çox əməliyyatlar lotereyada iştirak şansı qazandırırıb. Hər 10 manatlıq əməliyyat bir şans sayılıb. 

Son xəbərlər

Orphus sistemi