Yuxarı

"Unibank"ın İdarə Heyətinə sədr müavini təyin ediləcək

Bunun üçün bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Oktyabrın 28-də, saat 15:00-da "Unibank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində baş tutacaq.

Səhmdarlar "Unibank"ın İdarə Heyətinin sədr müavininin təyin edilməsi məsələsini müzakirə edəcəklər.  

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 2,72 manat olan 20 796 000 adi və 5 147 100 imtiyazlı səhmi var. Səhmlərin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi