“Unibank”ın İdarə Heyətinə sədr müavini təyin edilib

“Unibank”ın İdarə Heyətinə sədr müavini təyin edilib Asəf Hüseynov bu vaxta qədər bankın İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı olub
Maliyyə
8 Noyabr , 2016 11:38
“Unibank”ın İdarə Heyətinə sədr müavini təyin edilib

Bakı. 8 noyabr. REPORT.AZ/ “Unibank” ASC-nin İdarə Heyətinə (İH) sədr müavini təyin edilib. “Report” xəbər verir ki, bununla bağlı qərar bankın səhmdarlarının oktyabrın 28-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib. 

Sözügedən vəzifə Asəf Hüseynova həvalə edilib. O, indiyə qədər "Unibank"ın İH-nin üzvü, Baş risk inzibatçısı olub. 

A.Hüseynov 2006-2009-cu illərdə “Access Bank” QSC-də, 2009-cu ildən isə Azərbaycan Mərkəzi Bankında (AMB) çalışıb. O, 2012-ci ilə qədər AMB-də mütəxəssis kimi fəaliyyət göstərib, daha sonra isə qurumun Bank qrupunun rəhbəri vəzifəsini icra edib.

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 70 565 232 manatdır. Bankın səhmlərinin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

Son xəbərlər

Orphus sistemi