​"Unibank"ın kartını saytdan sifariş etmək mümkün olub

​"Unibank"ın kartını saytdan sifariş etmək mümkün olub Bunun üçün şəxsiyyət vəsiqəsi ilə Bankın istənilən filialına müraciət etmək kifayət edir
Maliyyə
25 İyul , 2016 16:56
​Unibankın kartını saytdan sifariş etmək mümkün olub

Bakı. 25 iyul. REPORT.AZ/ "Unibank" ASC-nin təqdim etdiyi yenilənmiş kart sifarişi saytından çoxlu imtiyaz və üstünlüklər verən "Albalı Plus" debet kartını sifariş etmək mümkündür (http://debet.albali.az/).

"Report"un Banka istinadən verdiyi xəbərə görə, "Albalı Plus" debet kartını həm manat, həm də dollar valyutasında sifariş etmək mümkündür. Bu kart istifadəçilərə daha rahat və təhlükəsiz ödəniş etməklə yanaşı, vəsaitin üzərinə əlavə 6%-dək gəlir qazanmaq imkanı yaradır.

"Albalı Plus” debet kart sahiblərinə pulsuz nağdlaşdırma (bu karta sahib olan hər kəs kartdan şəxsi vəsaitini "Unibank" bankomatlarından heç bir faiz ödəmədən nağdlaşdıra bilir), unikal depozit imkanı (kartda olan vəsaiti istənilən zaman nağdlaşdırmaq və ya depozit kimi saxlayaraq əlavə gəlir qazanmaq mümkündür - illik 6%-dək), hər iki beynəlxalq ödəniş sistemində sifariş imkanı (həm "Visa", həm də "MasterCard" sistemində) yaradır.

"Albalı Plus" debet kartına sahib olmaq üçün işdən arayış almağa ehtiyac yoxdur, sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən "Unibank" filialına müraciət etmək kifayətdir.

Qeyd edək ki, “Mbank” (1992-ci il) və “Promtexbank”ın (1994-cü il) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan "Unibank" müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%) və DEG Almaniya İnvestisiya Şirkəti (8,33%) "Unibank"ın səhmdarları sırasındadır. Bank tərəfindən iki törəmə müəssisə – “Unileasing” şirkəti və "Unicapital" investisiya şirkəti təsis edilib.

Son xəbərlər

Orphus sistemi